
Hitlerin xalası
İkinci Dünya müharibəsi illərində Polşada yaşayan Leon oğulları ilə birlikdə Visla çayında qum çıxarmaqla məşğul olur. Ağır zəhmətlə keçən günlərin birində onlar çaydan boğulmaq təhlükəsi ilə üzləşən bir qadını və onun balaca qızını xilas edirlər.
Tezliklə məlum olur ki, xilas edilən bu ana və bala Varşavadan qaçmış yəhudilərdir. Yaranmış vəziyyətin doğurduğu təhlükəyə baxmayaraq, Leon onları taleyin ümidinə buraxmır. O, öz ailəsinin həyatını böyük risk altına qoyaraq hər iki qaçqını öz evində gizlətməyə çalışır.
2021-ci ildə Polşada lentə alınmış «Ciotka Hitlera» hərbi dramının rejissoru Mixal Roqalskidir. Ekran əsərində baş rolları Pyotr Kazimyerçik, Marta Tsisloviç, Malgorzata Pyziak və Michal Pietrus canlandırıblar.
«Hitlerin xalası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 iyun 2021
- Ölkə
- Polşa
- Rejissor
- Mixal Roqalski
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın