
C'era una volta il crimine
Moreno və Cüzeppe adlı iki dost zamanda səyahət edərək yeni bir soyğun həyata keçirmək qərarına gəlirlər. Onların planı keçmişə yollanıb «Mona Liza» tablosunu oğurlamaq və bu yolla külli miqdarda pul qazanmaq üçün əsəri İtaliyaya qaytarmaqdır. Bu işdə onlara kömək etməsi üçün əsəbi tarix müəllimi Klaudionu da özləri ilə aparırlar.
Zaman portalından keçən yoldaşlar İkinci Dünya müharibəsinin qızğın çağına, 1943-cü ilə düşürlər. Rəsm əsərini ələ keçirməyi bacarsalar da, onları təqib edən alman əsgərlərindən qaçmaq asan olmur. Təhlükədən yaxa qurtarmaq istəyən qəhrəmanlar Morenonun gənc nənəsinin evinə sığınmalı olurlar.
İtaliya istehsalı olan «C'era una volta il crimine» komediyası 2022-ci ildə ekranlara çıxıb. Filmin rejissoru Massimiliano Brunodur. Əsas rolları Marko Callini, Edoardo Leo, Karolina Kreşentini və İleniya Pastorelli canlandırıblar.
«C'era una volta il crimine» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 mart 2022
- Ölkə
- İtaliya
- Rejissor
- Massimiliano Bruno
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın