Roads of Ithriyah
Film2022Kanada76 dəq.720p

Roads of Ithriyah

Roads of Ithriyah
IMDb
7.7
«Başqaları tapmazdan əvvəl özünü tap.»

Səhra ortasında baş verən güclü partlayışdan sonra suriyalı döyüşçü Əhməd sağ qalan tək insan kimi özünə gəlir. Aldığı kəllə-beyin travması nəticəsində gənc yaddaşını itirir və hətta qarşıdurmada hansı tərəf üçün vuruşduğunu xatırlaya bilmir. Heç bir azuqəsi qalmayan əsgər cəbhə xəttinə qayıtmaq ümidi ilə İtriyə hərbi məntəqəsinə doğru irəliləməyə qərar verir.

Taqətdən düşdüyü anda onun köməyinə sirli bir silahlı yetişir və döyüş zonasına qədər ona bələdçilik etməyi öhdəsinə götürür. İki nəfərin çətin yolu boyunca Əhmədin yaddaşında anası və bacısı ilə bağlı qırıq-qırıq xatirələr canlanır. Doğmalarının siması döyüşçünü bu müharibəyə qatılmasının gerçək səbəbləri barədə dərindən düşünməyə vadar edir.

«Roads of Ithriyah» filmi Kanada istehsalı olan hərbi macəra dramıdır. 2022-ci ildə təqdim edilən ekran əsərinin rejissoru Xavyer Badillodur. Filmin əsas obrazlarını Şayan Babe, Bəhram Heydəri, Mitra Loras və Priya Margaret Kooner canlandırıblar.

İzlə

«Roads of Ithriyah» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
10 yanvar 2022
Ölkə
Kanada
Keyfiyyət
720p
Tərcümədə
Çoxsəsli kadrarxası
Müddət
76 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın