
72 saat
Böyük Vətən müharibəsi başlayan kimi kiçik Stavrovo qəsəbəsi işğalçıların diqqət mərkəzinə çevrilir. Dəmir yolu və vacib yolların kəsişməsində yerləşməsi səbəbindən almanlar burada güclü qarnizon yerləşdirir. Buna baxmayaraq, dünənki məktəblilərdən təşkil olunan yerli gənclər təslim olmur və gizli müqavimət dəstəsi yaradırlar.
«72 saat» filmi eyni partada əyləşmiş, eyni qızı sevmiş iki gəncin qarşıdurmasını göstərir. Komsomolçu Aleksey vətəni uğrunda canından keçməyə hazır olduğu halda, Dmitriy düşmən tərəfə keçir. Xəyanət yolunu seçən gənc keçmiş sinif yoldaşlarını, qonşularını və həmyerlilərini təqib edib qətlə yetirir.
2015-ci il istehsalı olan bu Rusiya hərbi dramının rejissoru Kira Angelinadır. Ekran əsərində baş rolları Aleksey Şevçenkov, Mitya Labuş, İrina Rozanova və Anatoli Quşin canlandırıb.
«72 saat» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 5 may 2016
- Ölkə
- Rusiya
- Rejissor
- Kira Angelina
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın