
Karabinerlər
Uliss və Mikelancelo adlı iki qardaş arvadları ilə birlikdə ucqar bir daxmada yoxsul həyat sürürlər. Günlərin bir günü onların qapısına kralın elçiləri gəlir. Hərbçilər ölkədə müharibənin başlandığını və hamının orduya səfərbər edildiyini xəbər verən kral məktubunu çatdırırlar.
Gələcək əsgərlərə tam sərbəstlik, soyğunçuluq və istədikləri qəddarlığı törətmək icazəsi vəd olunur. Hərbi xidmətə yollanan qardaşlar verilən bu vədlərdən faydalanaraq zorakılıq və qarət yolunu seçirlər.
«Karabinerlər» adlı hərbi dram və komediya filmini rejissor Jan-Lük Qodar ərsəyə gətirib. 1963-cü il istehsalı olan Fransa və İtaliya ortaq layihəsində əsas obrazları Marino Maze, Patris Mulle, Jenevyeva Qaleya və Katrin Ribeyro canlandırıblar.
«Karabinerlər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 31 may 1963
- Rejissor
- Jan Lyuk Qodar
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Orijinal
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 75 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın