
Duman
Rusiya ordusunun bir qrup gənc əsgəri təlim yürüşü zamanı yolu qısaltmaq məqsədilə əsas dəstədən ayrılır. Təyin olunmuş marşrutu dəyişən hərbçilər qəfil qatı bir dumana düşürlər. Bu müəmmalı hadisə onları keçmişə, məhz Böyük Vətən müharibəsi illərinə aparıb çıxarır.
Döyüşləri ancaq kinolarda görmüş gənclər gerçək müharibənin amansız şərtləri ilə üz-üzə qalırlar. Əsgərlər qorxu və cəsarət hisslərini eyni vaxtda yaşayaraq sağ qalmaq və Vətən uğrunda döyüşmək məcburiyyətindədirlər. Baş verənləri anlamağa və sual verməyə vaxt yoxdur.
«Duman» filmi 2010-cu ildə Rusiyada hərbi drama və fantastika janrlarında çəkilib. Layihənin rejissorları İvan Şurxovetski və Artyom Aksyonenkodur, əsas obrazları isə İqor Şmakov, Vasili Rakşa, Artyom Krestnikov və Qriqori Kalinin canlandırıb.
«Duman» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 may 2010
- Ölkə
- Rusiya
- Rejissor
- İvan Şurxovetski, Artyom Aksyonenko
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 150 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın