
Nəvə təyin olunursan
1942-ci ilin payızında Stalinqrad yaxınlığında ağır döyüşlər gedir və düşmən qüvvələri Volqaya doğru irəliləməyə çalışır. Vətəni müdafiə etmək istəyən gənclər orduya yazılmaq üçün can atırlar. On yeddi yaşlı Dusya Melnikova da hərbi komissarlıqdan cəbhəyə göndərilməsini tələb edir, lakin onu ön xəttə deyil, kəşfiyyat məktəbinə göndərirlər.
Təlimi bitirdikdən sonra gənc qız Kubana, düşmən arxasına mühüm tapşırıqla yollanır. O, on beş yaşlı kimsəsiz qız cildinə girərək əlaqəsiz qalmış kəşfiyyatçıya radist kimi kömək etməlidir. Həmin gizli kəşfiyyatçı isə sovet rejiminə nifrət edən yerli polis qismində fəaliyyət göstərir.
1975-ci ildə SSRİ-də istehsal olunmuş «Nəvə təyin olunursan» hərbi filminin quruluşçu rejissoru Yaropolk Lapşindir. Baş rollarda Boris Andreyev, İrina Qrişina, Nikolay Prokopoviç və Oleq Korçikov çəkiliblər.
«Nəvə təyin olunursan» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 mart 1976
- Ölkə
- SSRİ
- Rejissor
- Yaropolk Lapşin
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 144 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın