
Babetta müharibəyə gedir
İkinci Dünya müharibəsinin ilk günlərində Babetta adlı gənc fransız qızı İngiltərəyə qaçır. O, son dərəcə cazibədar olsa da, iti zəkası ilə seçilmir. Britaniya hərbi xidməti isə casus üçün ağlın elə də vacib olmadığını düşünərək qızı sıralarına cəlb edir.
Babettanın qarşısına alman zabitlərinin etimadını qazanmaq və Böyük Britaniyaya hücum planını öyrənmək tapşırığı qoyulur. Lakin onun yüngülxasiyyətli və sadəlövh davranışı müttəfiqlərin incəliklə hazırladığı gizli əməliyyatı tamamilə təhlükə altına atır.
«Babette s'en va-t-en guerre» adlı bu hərbi komediya filmi 1959-cu ildə Fransada lentə alınıb. Ekran əsərinin quruluşçu rejissoru Kristian-Jakdır, baş rolları isə Brijit Bardo, Jak Şarrye, Ronald Hovard və Mixael Kramer canlandırıb.
«Babetta müharibəyə gedir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 sentyabr 1959
- Ölkə
- Fransa
- Rejissor
- Kristian-Jak
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 106 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın