
Sonuncu körpü
Alman tibb bacısı Helqa Raynbek ehtiyat hospitalda çalışır. Günlərin birində Militsa adlı partizan qadın onu aldadaraq dağlara aparır. Çoxsaylı xəstə və yaralının olduğu partizan dəstəsinin komandiri Helqanı düşərgədə qalmağa və kömək etməyə məcbur edir.
Helqa ilə Militsa İngiltərə təyyarəsindən atılmış dərman bağlamasını aşkar edirlər. Həkimlik borcuna sadiq qalan qadın bu tibbi ləvazimatları dəstəyə çatdırmağı qərara alır. Partizanların yanına getmək üçün çayın üzərindəki körpünü keçmək lazımdır, lakin sahillərin birində almanlar, digərində isə partizanlar pusqu qurub.
«Sonuncu körpü» (Die letzte Brücke) hərbi dram filmi 1954-cü ildə Avstriya və Yuqoslaviya tərəfindən birgə istehsal olunub. Rejissor Helmut Koytnerin çəkdiyi ekran əsərində baş rolları Mariya Şell, Bernhard Vikki, Barbara Ruttinq və Karl Möner canlandırıb.
«Sonuncu körpü» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 11 fevral 1954
- Ölkə
- Avstriya, Yuqoslaviya
- Rejissor
- Helmut Koytner
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın