
Fars dili dərsləri
1942-ci ildə işğal olunmuş Avropada yəhudi əsilli belçikalı Jil Kremye həbs düşərgəsinə düşür. Həyatda qalmaq istəyən məhbus mühafizəçilərə özünü fars kimi təqdim edir. Belə bir əsirin tapılmasına sevinən əsgərlər onu düşərgənin aşpazı Klaus Koxa təhvil verirlər.
Koxun ən böyük arzusu müharibə bitdikdən dərhal sonra İrana getmək və orada şəxsi restoranını açmaqdır. Bunun üçün ona fars dilini öyrədəcək biri lazımdır. Bu dildən xəbərsiz olan Jil canını qurtarmaq naminə dərslərə başlayır və saxta sözlər uydurur; beləliklə, dustaq ilə zabit arasında müəllim-tələbə münasibəti yaranır.
«Persian Lessons» tarixi dramını rejissor Vadim Perelman çəkib. Almaniya, Rusiya və Belarusun birgə istehsalı olan bu ekran əsəri 2020-ci ildə nümayiş olunub. Baş rolları Nauel Peres Biskayart, Lars Aydinqer, Yonas Nay və David Şütter canlandırıblar.
«Fars dili dərsləri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 fevral 2020
- Rejissor
- Vadim Perelman
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 128 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗International Submission to the Academy AwardsNominasiya · 2021
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın