
Dəniz piyadasının hekayəsi
Aleksandra Everett Dəniz Piyadaları Korpusunda xidmətini başa vurduqdan sonra doğma şəhərinə qayıdır. Təqaüdə cəmi bircə il qalmış onun ordudan niyə ayrıldığını yaxınları anlaya bilmir. Aleksandra «Soruşma, danışma» qanununun qurbanı olub. Hərbçi ailəsində böyüyən qadın üçün bu qəfil uzaqlaşdırılma ağır zərbəyə çevrilir və o, günlərini dostları ilə içki içərək keçirir.
Bir gün yerli şerif onun yanına narkotiklə bağlı problemlər yaşayan Səfron adlı gənc qızı gətirir. Şerif Səfronun həbsxanaya düşməməsi üçün onu orduya hazırlamağı Aleksandradan xahiş edir. Qız bu fikrə etiraz etsə də, fiziki məşqlər başlayır. Eyni zamanda şəhərdəki bədxahlardan biri Aleksandranın xidmətdən qovulmasının əsl səbəbini hər kəsə yaymağa çalışır.
«Dəniz piyadasının hekayəsi» filmi 2010-cu ildə ABŞ-da rejissor Ned Farr tərəfindən çəkilib. Əsas rolları Drea Veber və Paris P. Pikkard canlandırıblar.
«Dəniz piyadasının hekayəsi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın