
Gül ya da öl
1918-ci ildə Finlandiyada vətəndaş müharibəsi başa çatdıqdan sonra ölkənin ən tanınmış komediya aktyoru Parikka həbs olunur. O, edam olunmağı gözləyən digər «qırmızılar»la birlikdə hərbi düşərgəyə göndərilir. Burada digər məhbuslar Parikkanın xəyanət etdiyini düşündüyü üçün onun vəziyyəti hamıdan daha ağır olur.
Bir müddət sonra düşərgə komendantı dustaq aktyorlara gözlənilməz bir təklif irəli sürür. Əgər onlar düşərgəyə gələcək alman qonaqlar qarşısında uğurlu tamaşa göstərib onları güldürə bilsələr, güllələnməyəcəklər. Aktyorlar bu təklif qarşısında çətin sınaqla üz-üzə qalırlar.
«Gül ya da öl» tarixi dram filmi rejissor Heykki Kuyanpəə tərəfindən lentə alınıb. İsveç və Finlandiyanın birgə istehsalı olan bu ekran əsəri 2018-ci ildə nümayiş olunub. Əsas rollarda Martti Suosalo, Yani Volanen, Liina Pöüvsti və Paavo Kinnunen çəkiliblər.
«Gül ya da öl» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 mart 2018
- Ölkə
- İsveç, Finlandiya
- Rejissor
- Heykki Kuyanpəə
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 103 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın