
Dumanda
Hadisələr 1942-ci ildə alman işğalı altında qalan Belarus torpaqlarında cərəyan edir. Dəmiryol nəzarətçisi Suşenya düşmənlə əməkdaşlıq etməkdə haqsız yerə günahlandırılır. İki partizan xəyanətkar hesab etdikləri bu adamı cəzalandırmaq üçün onun evinə gəlir.
Suşenya günahsız olduğunu sübut etmək niyyətindədir. Ağır müharibə şəraitində üzləşdiyi haqsızlıqlar fonunda o, öz vicdanına sadiq qalaraq mənəvi seçim etməyə çalışır.
«Dumanda» (In the fog) tarixi hərbi dramı 2012-ci ildə nümayiş olunub. Filmin quruluşçu rejissoru Sergey Loznitsadır. Almaniya, Niderland, Rusiya, Belarus və Latviyanın birgə istehsalı olan bu ekran əsərində əsas rolları Vladimir Svirski, Vladislav Abaşin, Sergey Kolesov və Nikita Peremotov canlandırıb.
«Dumanda» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 may 2012
- Rejissor
- Sergey Loznitsa
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 127 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın