
Qara tozağacı
Minsk yaxınlığındakı döyüşlərdə ağır kontuziya alan leytenant Andrey Xmara partizan düşərgəsinə gətirilir. Burada həkim Antonina İvanovna onun həyatını xilas etmək üçün cərrahiyyə əməliyyatı aparır. Lakin 1941-ci ilin avqustunda sovet əsgərinə göstərdiyi bu köməyə görə həkim güllələnir və onun azyaşlı oğlu yetim qalır.
Müharibə bitdikdən sonra Andrey doğma torpağına qayıdır. Cəbhədə və partizan sıralarında çiyin-çiyinə vuruşduğu yoldaşları ilə birgə yeni zavodun inşasına başlayır. Ailə quran və üç yetim uşağı övladlığa götürən keçmiş döyüşçü onu xilas edən qadının oğlu Vasili tapmaq üçün axtarışlara start verir.
«Qara tozağacı» adlı SSRİ hərbi dram filmi 1977-ci ildə ekranlara çıxıb. Rejissor Vitali Çetverikovun çəkdiyi kinolentin baş rollarında Yevgeni Karelskix, Natalya Brajnikova, İrina Alfyorova və Vladimir Kuleşov çəkiliblər.
«Qara tozağacı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 yanvar 1979
- Ölkə
- SSRİ
- Rejissor
- Vitali Çetverikov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 142 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın