
Ən yavaş qatar
1943-cü ilin yazında azad edilmiş şəhərdən hərbi eşelon yola düşür. Qatarın tərkibinə diviziya mətbəəsi və cəbhə müxbiri kapitan Sergeyev üçün ayrıca xüsusi vaqon qoşulur. Zabit yolu tək gedəcəyini düşünsə də, tezliklə hər şey dəyişir.
Vaqona tədricən çağırılmamış sərnişinlər toplaşmağa başlayır. Bura əvvəlcə balaca qızla yaralı əsgər, ardınca hamilə qadın, iki partiya işçisi, aktrisa və başqaları pənah gətirir. Müharibədən əziyyət çəkən bu insanları qovmağa əli gəlməyən müxbir onlarla eyni vaqonda yol getməyə məcbur olur.
«Ən yavaş qatar» hərbi filmi rejissorlar Vladimir Krasnopolski və Valeri Uskov tərəfindən çəkilib. 1963-cü ildə SSRİ-də istehsal olunmuş ekran əsərində baş rolları Pavel Kadoçnikov, Zinaida Kiriyenko, Nonna Terentyeva və İvan Rıjov canlandırıblar.
«Ən yavaş qatar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 sentyabr 1963
- Ölkə
- SSRİ
- Rejissor
- Vladimir Krasnopolski, Valeri Uskov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın