
Ehtiyat oyunçu
Zavodun «Göy Oxlar» futbol komandası turnirin final mərhələsinə vəsiqə qazanır. Həlledici qarşılaşma Suxumi şəhərində turnirin favoriti sayılan «Vımpel» kollektivinə qarşı baş tutmalıdır. Oyunçular matçın keçiriləcəyi məkana teploxodla yollanırlar.
Lakin oyun öncəsi komandanın əsas hücumçusu Saşa Vesnuşkin qələbəyə inamını itirərək təşvişə düşür. Bu səbəbdən məşqçilər Saşanı ehtiyat skamyasında əyləşən qardaşı Vasya ilə əvəzləməyə qərar verirlər. Belə qəfil dəyişiklik gərgin keçəcək oyunun nəticəsini böyük sual altında qoyur.
«Zapasnoy iqrok» adlı sovet idman komediyasını 1954-cü ildə rejissor Semyon Timoşenko ərsəyə gətirib. Ekran əsərinin baş rollarında Georgi Vitsin, Vsevolod Kuznetsov, Pavel Kadoçnikov və Tatyana Konyuxova çəkiliblər.
«Ehtiyat oyunçu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 dekabr 1954
- Ölkə
- SSRİ
- Rejissor
- Semyon Timoşenko
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 83 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın