
Hitting the Apex
Motosiklet yarışları saatda 300 kilometrdən artıq sürətlə şütüyən idmançılardan maksimum diqqət tələb edir. «Hitting the Apex» sənədli filmi nüfuzlu MotoGP çempionatının pərdəarxası məqamlarını və uzun müddət liderliyi əldən verməyən Valentino Rossinin karyerasını diqqət mərkəzinə çəkir.
Trekdəki vəziyyət yeni və iddialı gənc nəslin gəlişi ilə tamamilə dəyişir. Xorxe Lorenso, Dani Pedrosa, Keysi Stoner, Mark Markes və Marko Simonçelli təcrübəli çempiona meydan oxuyaraq birincilik uğrunda gərgin mübarizəyə qoşulurlar.
ABŞ istehsalı olan bu idman filmi 2015-ci ildə rejissor Mark Nil tərəfindən lentə alınıb. Layihədə kadrxarici mətni Bred Pitt səsləndirir, süjetdə isə yarışçıların özləri ilə yanaşı Xose Manuel Lorenso da yer alır.
«Hitting the Apex» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın