
Küçə rəqsləri. Dünya səviyyəsi
Ögey qardaşlar Benci və Tidjey xaraktercə bir-birinin tam əksidir. Tidjey nizam-intizamlı həyat sürən əlaçı, Benci isə qaydaları pozmağı sevən və başı bəladan ayılmayan bir gəncdir. Fərqli dünyalara sahib bu iki qardaşı birləşdirən tək amil breyk-dans rəqsinə olan böyük sevgiləridir.
Növbəti mübahisə zamanı münasibətləri rəqs meydançasında aydınlaşdırmaq qərarı onların taleyini dəyişir. İstedadlı qardaşları görən məşqçi hər ikisini breyk-dans üzrə dünya çempionatının seçim mərhələsinə dəvət edir. İndi onlar şəxsi narazılıqlarını unudub mühüm yarışa hazırlaşmalıdırlar.
2023-cü il istehsalı olan bu Britaniya idman dramını rejissorlar Maks Civa və Daniya Paskvini ərsəyə gətiriblər. Ekran əsərində rolları Lusian Msamati, Nadya Uilyams, Hanna Con-Keymen və Selina Sinden ifa edirlər.
«Küçə rəqsləri. Dünya səviyyəsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2023
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Maks Civa, Daniya Paskvini
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın