
Əjdaha ilə rəqs
Honkonqun ən imkanlı adamlarından olan Loun Ka-Tinqin işləri qaydasında getsə də, şəxsi həyatında problemlər yaranır. Özbaşına anası onu bəyənmədiyi bir qızla evləndirməyə çalışır. Yaxxtada gəzinti zamanı diqqətsizlikdən qəzəblənən həmin namizəd milyonçunu dənizə atır.
Sahilə çıxan Ka-Tinq kiçik bir kəndə düşür. Burada balaca kafe işlədən qadın və onun qızı ilə tanış olan qəhrəman bir müddət onların yanında qalmağa qərar verir. Özünü materikdən qaçmış yoxsul biri kimi qələmə verən zəngin adam tədricən gənc qızın sevgisini qazanmağa çalışır.
1991-ci ildə çəkilmiş «Əjdaha ilə rəqs» romantik komediyasının rejissoru Von Tszindir. Honkonq istehsalı olan bu filmdə baş rolları Endi Lau, Şarla Çun, Dinni İp və Nq Man-Tat canlandırıblar.
«Əjdaha ilə rəqs» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın