
Şahzadə Şahzadəyə Aşıq Oldu
Mohit uşaq kimi nağıllara inanan gənc bir oğlandır. Bir gün o, göldə boğulmaq təhlükəsi ilə üzləşən Manişa adlı qızı xilas edir. Həmin qızın əsl şahzadə olduğunu düşünən Mohit onu tapmaq məqsədilə Bombey şəhərinə yola düşür və qardaşının evində məskunlaşaraq onun üç uşağına baxmağa başlayır.
Şəhərdə Manişanı axtarıb tapan Mohit bu dəfə onun qəlbini qazanmağın yollarını düşünür. Həmin vaxt gözlənilmədən qarşısına çıxan kiçik fil balasını qonşuların qəzəbindən gizlətməyə çalışan gəncə qeyri-adi bir köməkçi peyda olur. Fil balası yaxşılığın əvəzi olaraq Mohitin sevgisinə qovuşması üçün əlindən gələni etməyə çalışır.
Hindistan istehsalı olan «Raja Ko Rani Se Pyar Ho Gaya» filmi melodram və musiqili komediya janrlarını birləşdirir. 2000-ci ildə ekranlara çıxan lentin rejissoru Raciv Kumardır. Baş rolları Arvind Svami, Manişa Koirala, Dilip Dhavan və Dina Pathak canlandırıblar.
«Şahzadə Şahzadəyə Aşıq Oldu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 dekabr 2000
- Ölkə
- Hindistan
- Rejissor
- Raciv Kumar
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Zee TV
- Müddət
- 148 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın