
Qonşular
«Qonşular» bədii filmi Belarus kəndlərinin birində yaşayan sakinlərin başına gələn gülməli hadisələrdən bəhs edir. Üç fərqli novelladan ibarət olan ekran əsərinin birinci hissəsi gənc Saşkanın ətrafında cərəyan edir. Kənd sakinləri velosiped təkərini və tutuquşunu oğurlamaqda əsassız yerə məhz bu oğlanı günahlandırırlar.
İkinci əhvalat bəxti gətirməyən meşəbəyi Nikita Tırkiçin düşdüyü çətin vəziyyəti əks etdirir. Qabanın hücumundan qaçaraq qoca qarağac ağacına dırmaşan meşəbəyi gözlənilmədən onun dərin koğuşuna düşür. Üçüncü novellada isə Qoldebik baba kolxozu zənginləşdirmək məqsədilə şəhərdən xırda balıqlar alıb kənd gölünə buraxmağı qərara alır.
Komediya janrında olan bu filmi 1979-cu ildə rejissor Valeri Ponomaryov SSRİ-də lentə alıb. Əsas rolları Georgi Burkov, Leonid Kryuk, İvan Matveyev və Aleksandr Xmelevski canlandırıblar.
«Qonşular» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1979
- Ölkə
- SSRİ
- Rejissor
- Valeri Ponomaryov
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 63 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın