
Qaynana
Bakıda yaşayan Cənnət xala ailədə hamıya hökm etməyə öyrəşib və diş həkimi olan sakit təbiətli gəlini Sevdanı heç cür bəyənmir. Sevdanın bütün zəhmətinə baxmayaraq, bəstəkar oğlu Ayazın anası narazılıq etməyə bəhanə tapır. Dözülməz tənələrdən təngə gələn gənc qadın sonda körpə oğlu Aslanla birlikdə ərindən onu bu evdən aparmasını xahiş edir.
Ailənin yaxın dostu İlqar qaynənəyə unudulmaz dərs vermək qərarına gələrək Sevdanı uşaqla öz bağ evinə yerləşdirir. Qurulan plana əsasən, İlqarın nişanlısı Zərifə özünü Afət kimi təqdim edib Ayazın yeni sevgilisi rolunu oynamağa razılaşır. Əvvəlcə bu cür gəlin tapdığına sevinən Cənnət xala çox keçmədən saxta gəlinin şıltaqlıqları və inadkar xasiyyəti qarşısında çarəsiz qalır.
1978-ci ildə SSRİ-də lentə alınmış «Qaynana» musiqili komediyasının quruluşçu rejissoru Hüseyn Seyidzadədir. Əsas rolları Nəsibə Zeynalova, İnara Quliyeva, İlham Namiq Kamal və Tanilə Əhmərova canlandırıblar.
«Qaynana» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 dekabr 1978
- Ölkə
- SSRİ
- Rejissor
- Hüseyn Seyidzadə
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Dublyaj
- Müddət
- 75 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın