
Yay yuxuları
Kuban kəndinə Maşa adlı gözəl bir qızın gəlişi yerli sakinlərin dincliyini pozur. Qalina və Pavlina adlı qadınlar həyat yoldaşlarının onlara xəyanət etdiyindən şübhələnməyə başlayırlar. Ərlərini ifşa etmək istəyən qadınlar kəndin yaşlı qarovulçusundan xahiş edirlər ki, kişiləri gizlicə izləsin.
İşə başlayan qocanın xəyal gücü həddindən artıq geniş olur. O, özünün xəyali görüntülərini həqiqət kimi qəbul edərək qadınlara çatdırır. Xülyalarla gerçəkliyin bir-birinə qarışması isə kənddə gözlənilməz və qarşısıalınmaz hadisələr zəncirinə yol açır.
«Yay yuxuları» (Letniye sny) adlı musiqili komediya filmi 1973-cü ildə SSRİ-də lentə alınıb. Ekran əsərinin quruluşçu rejissoru Vitali Koltsovdur. Baş rolları Nikolay Trofimov, Natalya Fateyeva, Lyudmila Qurçenko və Vitali Şapovalov canlandırıblar.
«Yay yuxuları» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 may 1973
- Ölkə
- SSRİ
- Rejissor
- Vitali Koltsov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Müddət
- 79 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın