
Meyxanaçı haqqında əfsanə
Hadisələr XX əsrin əvvəllərində Ermənistan kəndlərindən birində cərəyan edir. Xalqı əyləndirən kəndirbaz Simon yerli polis pristavının diqqətini çəkir və inqilabçılara kömək etməkdə şübhəli bilinir. Təbiətcə şən və qayğısız bir insan olan Simon polisin daimi nəzarətindən bezərək doğma kəndini tərk etmək qərarına gəlir.
Yolu İrəvana düşən sənətkar təsadüf nəticəsində həbsxanaya düşür. Dəmir barmaqlıqlar arxasında da nikbinliyini itirməyən Simon digər məhbusları güldürməyə və əyləndirməyə davam edir. Onun zarafatlarına gülənlərin arasında əsl inqilabçılar da olur. Tezliklə kəndirbaz onlarla yaxınlaşır və onların sıralarına qoşulur.
«Meyxanaçı haqqında əfsanə» filmi 1980-ci ildə SSRİ-də lentə alınıb. Komediya janrında olan bu ekran əsərinin rejissorları Levon Asatryan və Edmond Keosayandır. Baş rolları Avetik Qevorkyan, Laura Qevorkyan, Xoren Abramyan və Armen Ciqarxanyan canlandırıblar.
«Meyxanaçı haqqında əfsanə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 aprel 1980
- Ölkə
- SSRİ
- Rejissor
- Levon Asatryan, Edmond Keosayan
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Müddət
- 70 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın