
Qaçışda
Varlı ailənin qızı Rakşa toy mərasimi günü nişanlısının əsl niyyətini öyrənir. Bəyin yalnız onun cehizinə və sərvətinə göz dikdiyini anlayan gənc qız dərhal qaçmaq qərarına gəlir. O, gizlənmək üçün təsadüfən Madan adlı gəncin maşınına minir. Madan isə var-dövlətini ona vəsiyyət etmiş milyonçu dayısının yanına gedir.
Mənzil başına çatdıqda Madan dayısının gözlənilmədən vəfat etdiyini öyrənir. Üstəlik, bütün miras mərhumun arvadına və onun oğlu Kuldipə qalıb. Qəfil baş verən bu ölümdə şübhəli məqamlar görən Madan dayısının əcəli ilə ölmədiyini düşünür və həqiqəti üzə çıxarmaq üçün araşdırmaya başlayır.
Hindistan istehsalı olan «Qaçışda» (Nau Do Gyarah) filmi 1957-ci ildə nümayiş olunub. Komediya, melodram və triller janrlarını birləşdirən ekran əsərinin quruluşçu rejissoru Vicay Ananddır. Baş rolları Dev Anand, Kalpana Kartik, Şaşikala və Civan Dhar canlandırıblar.
«Qaçışda» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1957
- Ölkə
- Hindistan
- Rejissor
- Vicay Anand
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Nastia
- Müddət
- 170 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın