
Humjoli
Qopal Das üçün var-dövlət həyatda hər şeydən üstün idi. Maddi maraqlarını güdən bu şəxs sevdiyi qadını tərk edərək zəngin və zahirən yaraşıqsız bir xanımla evlənir. Bir müddət sonra onların gəmi qəzasında həlak olduqları güman edilir. Fürsətdən istifadə edən Qopal yenidən əvvəl sevdiyi qadınla ailə həyatı qurur.
İllər keçdikcə məlum olur ki, onun ilk nikahından olan qızı əslində sağ qalıb. Ata uşağı hamıdan gizli şəkildə böyütməyə başlayır. Böyüyüb gənc qız olan Ranibala dürüst bir gəncə — Raceşə aşiq olur. Qızının bu səmimi sevgisi Qopalı düşünməyə vadar edir və o anlayır ki, pullar hər şey demək deyil.
1970-ci ildə Hindistanda istehsal olunmuş «Humjoli» filmi komediya və melodram elementlərini özündə birləşdirir. Ekran əsərinin quruluşçu rejissoru Ramannadır. Əsas obrazları Gitendra, Lina Çandavarkar, Pran və Şaşikala canlandırıblar.
«Humjoli» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın