
Allo, Varşava!
Polşa televiziyasının təşkil etdiyi müsabiqədə həkim Andjey Vişnevski qalib gəlir. Əslən Ukraynada doğulmuş bu insan İkinci Dünya müharibəsi illərində, hələ uşaq ikən Polşaya düşüb. Aldığı bu uğur ona keçmişi ilə bağlı vacib bir addım atmaq üçün zəmin yaradır.
Andjey jurnalist Renata ilə tanış olur və qadın onun SSRİ-də qalmış bacısını axtarıb tapmasına yardım etməyə razılıq verir. Doğma insanın axtarışı uğurla nəticələnir. Ümumi məqsəd uğrunda birgə çalışan Renata və Andjey bir-birlərinə bağlanaraq ailə həyatı qururlar.
1971-ci ildə SSRİ-də ekranlaşdırılan «Allo, Varşava!» filminin quruluşçu rejissoru Olgerd Voronsovdur. Melodram və komediya janrında çəkilmiş bu kinolentin baş rollarını Gennadi Bortnikov, Raisa Nedaşkovskaya, Oleq Anofriyev və Spartak Mişulin canlandırıb.
«Allo, Varşava!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1971
- Ölkə
- SSRİ
- Rejissor
- Olgierd Vorontsov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 78 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın