
Larguées
Həyat yoldaşından ayrıldıqdan sonra dərin kədərə qərq olan ananın vəziyyəti iki qızını ciddi şəkildə narahat edir. Doğmalarına dəstək olmaq istəyən bacılar onu bu ağır psixoloji durumdan çıxarmaq üçün təcili tədbir görməyə qərar verirlər. Çıxış yolunu isə birlikdə uzaq bir istirahət məkanına yollanmaqda görürlər.
«Larguées» adlı komediya filmi qəhrəmanların sivilizasiyadan uzaq, füsunkar bir adaya səfərindən bəhs edir. Qızlar mühit dəyişikliyinin anaya yaxşı təsir edəcəyinə ümid bəsləsələr də, cənnət guşəsindəki tətil gözlənilməz hadisələrlə müşayiət olunur.
2018-ci il istehsalı olan bu Fransa filminin rejissoru Eloiza Lanqdır. Ekran əsərinin əsas obrazlarını Miu-Miu, Kamill Kotten, Kamil Şamu və Yohan Heldenberq canlandırıblar.
«Larguées» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 yanvar 2018
- Ölkə
- Fransa
- Rejissor
- Eloiza Lanq
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 95 dəq.
- Mükafatlar
- qələbə: 1 · nominasiya: 0
Rollarda
Mükafatlar və nominasiyalar
- 🏆Audience Award of the Alpe d'Huez International Comedy Film FestivalQalib · 2018
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın