
Cıdır
Dörd fransız dost vaxtlarının çoxunu cıdır meydançasında mərc oyunlarına xərcləyir. Qazanmaq əvəzinə əllərindəki son qəpik-quruşu da itirən yoldaşlar nəhayət bu qumar vərdişinə birdəfəlik son qoymaq qərarına gəlirlər. Lakin verdikləri sözü tutmaq o qədər də asan olmur.
Onların bu niyyəti yarışların daimi iştirakçısı olan mösyö Pol ilə təsadüfi görüşdən sonra dəyişir. Həmin şəxs dostları Torpeda adlı qaçış atını satın almağa razı salır və heyvanın mütləq qalib gələcəyini vəd edir. Yeni tanışın sözünə inanan dördlük sövdələşməyə razılaşır və bundan sonra onların həyatında gözlənilməz hadisələr zənciri başlayır.
2013-cü ildə Fransada lentə alınan «Cıdır» (Turf) komediyasının rejissoru Fabyen Ontenyentedir. Ekran əsərində baş rolları Alen Şaba, Eduard Baer, Lüsyen Jan-Batist və Filip Düken canlandırıblar.
«Cıdır» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 fevral 2013
- Ölkə
- Fransa
- Rejissor
- Fabyen Ontenyente
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar ikisəsli, AB-Video
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın