
Moving On
Vaxtilə ən gizli sirlərini belə bir-biri ilə bölüşən iki yaxın rəfiqənin münasibəti illər ötdükcə soyuyur. Tədricən ünsiyyəti tamamilə kəsən qadınlar uzun müddət bir-birini görmürlər. Lakin kədərli bir hadisə — ortaq rəfiqələrinin vəfatı onları yenidən bir araya gətirir.
Dəfn mərasimində keçmiş günləri xatırlayan qadınlar mərhumun dul qalmış ərinə qarşı eyni dərəcədə güclü nifrət bəslədiklərini anlayırlar. Bu ortaq narazılıq köhnə dostları birləşdirir və onlar həmin kişidən qisas almaq üçün xüsusi bir plan hazırlamağa başlayırlar.
ABŞ istehsalı olan «Moving On» komediya filminin rejissoru Pol Vaytsdır. 2022-ci ildə çəkilən ekran əsərində baş rolları Ceyn Fonda, Lili Tomlin, Malkolm Makdauell və Riçard Raundtri canlandırıblar.
«Moving On» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın