
Ketrin alt-üst
Dəb həvəskarı olan Ketrin qayğısız və yüngül həyat tərzi sürür. Günlərin bir günü o, anasının evində təşkil edilən məclisə qatılır. Əyləncənin qızğın vaxtında tualet tutulur və problemi aradan qaldırmaq üçün evə Bob adlı santexnik çağırılır.
Ustaya nəzər yetirən ana heyrətini gizlədə bilmir, çünki gələn şəxs onun keçmiş tanışıdır. Ən əsası isə Bobun Ketrinin indiyədək heç vaxt üzünü görmədiyi bioloji atası olduğu üzə çıxır. Bu gözlənilməz xəbər gənc qadının dünyasını alt-üst edir və onu yeni tapdığı atası ilə ünsiyyət qurmağa məcbur qoyur.
ABŞ istehsalı olan «Ketrin alt-üst» (Kathryn Upside Down) komediya filmi 2019-cu ildə rejissor Elli Lukas tərəfindən çəkilib. Baş rolu da özü canlandıran rejissorla yanaşı heyətdə Kristofer M. Uolş, Karlton C. MakBet və Devid Bastian yer alıb.
«Ketrin alt-üst» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 mart 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Elli Lukas
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın