
Uyğunsuz yaş
Qırx yaşını qeyd edən Culiya bu rəqəmlə qətiyyən barışmaq istəmir. Yaşını qəbul etməyən qadın gəncliyini qorumaq üçün saç rəngindən tutmuş geyim tərzinə qədər xarici görünüşündə köklü dəyişikliklər edir.
Eyni zamanda onun ailə həyatında da çətinliklər yaranır. İctimaiyyətlə əlaqələr sahəsində çalışan həyat yoldaşı vaxtının çoxunu işə ayırır və Culiyaya lazımi diqqəti göstərmir. Bütün soyuqluğa baxmayaraq, qadın nikahını xilas etmək və ailəsini bir yerdə saxlamaq üçün inadla mübarizə aparır.
ABŞ istehsalı olan «Unbecoming Age» komediya filmi 1992-ci ildə nümayiş olunub. Ekran əsərinin rejissorları Alfredo Rinqel və Debora Rinqeldir, əsas rolları isə Dayan Salincer, Con Kelvin, Kollin Kemp və Prissilla Poynter canlandırıb.
«Uyğunsuz yaş» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 mart 1993
- Ölkə
- ABŞ
- Rejissor
- Alfredo Rinqel, Debora Rinqel
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın