
Ryazansayağı smokinq
İnna doğma Qaluşkino kəndində gözəllik müsabiqəsində qalib gəldikdən sonra paytaxtın dəb aləminə daxil olmaq üçün Moskvaya yollanır. Moskva Dəb Evində təcrübəsiz qıza dərhal rədd cavabı verirlər. Lakin bu uğursuzluq sayəsində gənc modelyer Ejen Paxmutov İnnanı görür və ona öz kolleksiyasının nümayişində podiuma çıxmağı təklif edir.
İlk çıxış zamanı gözlənilməz hadisə baş verir: İnna geyindiyi libasın çiyinbağı qırılır və hər kəs bunu uğursuzluq hesab edir. Lakin bu hadisə həm İnnaya, həm də modelyerə böyük şöhrət qazandırır, dəvətlərin ardı-arası kəsilmir. Televiziyada qızını görən anası isə model peşəsini qəbuledilməz sayaraq onu geri qaytarmaq üçün paytaxta gəlir. Həmin ərəfədə əsl adı Jenya olan Ejen də əyalətdən gəlmiş gözələ aşiq olduğunu anlayır.
«Ryazansayağı smokinq» filmi 2007-ci ildə Rusiyada ekranlara çıxıb. Melodram və komediya janrında olan bu ekran əsərinin rejissoru Aleksandr Kananoviçdir. Baş rollarda Mariya Kononova, Aleksandr Serov-Ostankinski, Marina Yakovleva və Larisa Baranova çəkiliblər.
«Ryazansayağı smokinq» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 yanvar 2008
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksandr Kananoviç
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın