
Yanacaqdoldurma məntəqəsindən olan gəlin
Yanacaqdoldurma məntəqəsində kassir işləyən xəyalpərəst Oksana bankın vitse-prezidenti Viktoru görən kimi ona vurulur. Təsadüf nəticəsində qız bu gəncin həyatını xilas edir və oğlanın qohumları Oksananı onun gəlini zənn edirlər.
Ailənin ona doğma insan kimi qucaq açması səbəbindən qız həqiqəti etiraf etməyə cəsarət tapmır. Özünə gələn Viktor isə yaddaşını qismən itirir və yalnız nənəsini xatırlayır. Yalnız Viktorun qardaşı, teatr rəssamı Stas bu gənc qızın niyyətinə şübhə ilə yanaşmağa başlayır.
«Yanacaqdoldurma məntəqəsindən olan gəlin» filmi 2014-cü ildə Rusiyada rejissor İqor Nurislamov tərəfindən çəkilib. Komediya və melodrama janrında olan ekran əsərində baş rolları Yekaterina Tarasova, Sergey Perequdov, Era Ziqanşina və Maksim Raduqin canlandırıb.
«Yanacaqdoldurma məntəqəsindən olan gəlin» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 noyabr 2014
- Ölkə
- Rusiya
- Rejissor
- İqor Nurislamov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın