
Ümidsizlər
Ueslinin şəxsi həyatında işləri heç cür yolunda getmirdi, amma nəhayət o, arzuladığı kişi ilə tanış olur. Lakin birlikdə keçirdikləri xoş vaxtdan sonra Cared beş gün boyunca zənglərə və mesajlara cavab vermir. Rəfiqələri ilə spirtli içki qəbul edən gənc qadın əsəblərinə hakim ola bilməyib ona təhqiramiz e-poçt məktubu göndərir. Çox keçmədən bəlli olur ki, Cared onu tərk etməyib, Meksikada qəzaya düşərək xəstəxanada komada qalıb.
Səhvini anlayan Uesli sevgilisi telefonu və noutbuku açmamış həmin məktubu silmək qərarına gəlir. O, yanına həmin rəfiqələrini də alaraq tələsik Meksikaya yola düşür. İndi qızlar yad ölkədə xəstəxanaya gizlicə daxil olmaq və rəqəmsal sübutları yox etmək üçün müxtəlif maneələrlə üzləşirlər.
ABŞ istehsalı olan «Desperados» komediya filminin rejissoru Loren Palmicianodur. 2020-ci ildə nümayiş olunan melodram janrlı ekran əsərində baş rolları Nazim Pedrad, Anna Kemp, Sara Börns və Lamorn Morris canlandırıb.
«Ümidsizlər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 iyul 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Loren Palmicano
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Orijinal, MuzoBoz
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın