
Şeytani təşviş
Pitsa çatdıran Samanta adlı gənc qız növbəti sifarişləri zənginlərin yaşadığı məhəlləyə aparır. Günün sonunda avtomobilinin yanacağı tükənir, xəsis müştərilər isə ona bir qəpik də bəxşiş vermir. Çıxılmaz vəziyyətdə qalan Sem haqq etdiyi pulu tələb etmək qərarına gələrək dəbdəbəli malikanələrdən birinin qapısını döyüb içəri keçir.
Lakin bu evdə yerli satanistlər toplaşıb iblisi çağırmaq üçün ayin keçirməyə hazırlaşırlar. Onların qurban seçdiyi qız anasının planlarından xəbər tutaraq vaxtında bakirəliyini itirib və bu səbəbdən mərasim təhlükə altına düşüb. Qapıda gözlənilmədən peyda olan Sem qan donduran ayini başa çatdırmaq üçün cadugərlərə yeni bir ümid verir.
«Panic» filmi komediya və qorxu janrlarını bir araya gətirir. 2019-cu ildə ABŞ-da istehsal olunmuş ekran əsərinin rejissoru Çelsi Pitersdir. Baş rolları Heyli Qriffit, Rebekka Romeyn, Arden Mayrin və Rubi Modin canlandırıb.
«Şeytani təşviş» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 31 mart 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Çelsi Piters
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın