
Step bacıları
Cəmilə valideynləri kimi Harvardın hüquq fakültəsinə daxil olmaq arzusundadır. O, kollecdə təhsil almaqla yanaşı tədris şöbəsində çalışır və yerli afroamerikalı step rəqs komandasında çıxış edir. Lakin valideynləri qızlarının hər şeyi öz gücü ilə qazanmasını istədikləri üçün ona zaminlik məktubu verməkdən imtina edirlər.
Bu xəbərdən sonra Cəmilə qonşu qızlar cəmiyyətinin təşkil etdiyi məclisə gedir və orada içkinin dozasını aşır. Həmin gecədən çəkilən görüntülərin internetdə yayılması təhsil ocağının nüfuzuna ciddi zərbə vurur. Fakültə rəhbəri isə nüfuzu bərpa etmək naminə Cəmiləyə Harvard tövsiyəsi qarşılığında həmin qalmaqallı ağdərili tələbələrdən yeni rəqs qrupu formalaşdırmağı tapşırır.
ABŞ istehsalı olan «Step bacıları» (Step Sisters) komediya filmi 2018-ci ildə işıq üzü görüb. Rejissoru Çarlz Stoun III olan ekran əsərində baş rolları Meqalin Eçikanvoke, İden Şer, Lindon Smit və Qeyc Qolaytli canlandırıb.
«Step bacıları» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 yanvar 2018
- Ölkə
- ABŞ
- Rejissor
- Çarlz Stoun III
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- яскъер (Jaskier), Peşəkar çoxsəsli
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 108 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın