
Benni səni sevir
Uşaq ikən anasının qaranlıq qorxusunu yenmək üçün ona bağışladığı Benni adlı oyuncaq Cekin ən yaxın sirdaşı olmuşdu. İllər ötüb və artıq otuz yaşını keçmiş Cek həyatında uğursuzluqlarla qarşılaşır. Hər şeyi yenidən başlamaq və dəyişmək istəyən gənc evdəki köhnə əşyaları, o cümlədən uşaqlıq oyuncaqlarını zibilə atır.
Lakin sevimli Benni kənara atılmağı bağışlamaq niyyətində deyil. Oyuncaq geri qayıdaraq Cekə köhnə dostlarla belə davranmağın nə ilə nəticələndiyini nümayiş etdirmək qərarına gəlir.
2019-cu il istehsalı olan «Benny Loves You» adlı Böyük Britaniya istehsalı qorxu komediyasının rejissoru həm də baş rolu canlandıran Karl Holtdur. Filmdə digər rolları Kler Kartrayt, Corc Kolli və Ceyms Parsons ifa edirlər.
«Benni səni sevir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 noyabr 2019
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Karl Holt
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın