
Təbib qadın
Lesya adlı gənc kəndli qız müasir tibbin çarə tapa bilmədiyi ağır xəstəlikləri sağaltmaq kimi qeyri-adi fitri qabiliyyətə malikdir. Bu xüsusi istedad ona nəsildən keçib: rəhmətlik anası da, hazırda birlikdə köhnə kənd evində ömür sürdüyü nənəsi də xalq təbibi olublar.
Günlərin birində kəndə zədəsini sağaltmaqdan ümidini kəsmiş zəngin iş adamı Arkadi gəlir. Lesya onu ayağa qaldırmağı bacarır və gənclər arasında güclü sevgi hissləri yaranır. Şəhərə köçmək və dəbdəbəli həyat qurmaq təklifi alan Lesyanın sevinci uzun çəkmir; qızın nənəsi yaxşı bilir ki, meqapolis mühitinə düşən kimi onun bu şəfaverici bacarığı tamamilə yox olacaq.
«Təbib qadın» (Знахарка) melodram və komediya janrında çəkilmiş Rusiya filmidir. 2012-ci ildə nümayiş olunan ekran işinin rejissoru Vladimir Tumayevdir, əsas obrazları isə Yuliya Kaduşkeviç, Pavel Novikov, Veronika Plyaşkeviç və Andrey Senkin canlandırıblar.
«Təbib qadın» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 avqust 2012
- Ölkə
- Rusiya
- Rejissor
- Vladimir Tumayev
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 45 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın