
Açın, Şaxta Babadır!
Gənc ana Jenya və balaca oğlu Qrişa Yeni il bayramına hazırlaşırlar. Uşaq bu sehrli gecədə Şaxta Babanın mütləq onların qapısını döyəcəyinə sidik-ürəkdən inanır. Jenya isə gələcəkdə qarşısına çıxacaq, həm özünün sevəcəyi, həm də oğluna qayğıkeş ata olacaq bir insanla qarşılaşmağı arzulayır.
Bayram axşamı qadının köhnə dostları olan Oqurtsov və Kalinkin cütlükləri qonaq gəlirlər. Şən keçən görüşdən sonra ana oğlunu yatırmağa çalışsa da, Qrişa Şaxta Babanı görmədən yatağına getmək istəmir. Çox keçmədən heç kimin xüsusi sifariş etmədiyi nağıl qəhrəmanı həqiqətən də qapıda peyda olur.
«Açın, Şaxta Babadır!» komediya və melodram filmi 2007-ci ildə Rusiyada rejissor Olqa Subbotina tərəfindən lentə alınıb. Baş rolları Konstantin Lavronenko, Lyubov Tolkalina, Sergey Batalov və Marina Qolub canlandırırlar.
«Açın, Şaxta Babadır!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 oktyabr 2007
- Ölkə
- Rusiya
- Rejissor
- Olqa Subbotina
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın