
Qızlar cürbəcür olur
Üç dost sörfinq sürmək, dəniz və qızıl qumların dadını çıxarmaq üçün Meksikaya yollanır. Gəlişlərini həddindən artıq coşqu ilə qeyd edən gənclər ertəsi səhər sahildə ayılır və ötən gecə nə baş verdiyini heç cür xatırlamır. Tezliklə məlum olur ki, onlar Xuan adlı beynəlxalq cinayətkarın xətrinə dəyiblər və həmin şəxs indi onları aradan qaldırmaq istəyir.
Pulsuz və sənədsiz qalan dostlar təqibdən yaxa qurtarmaq üçün qeyri-adi bir çıxış yolu seçirlər. Qadın paltarı geyinən qəhrəmanlar yüz min dollarlıq mükafatı qazanıb ölkədən çıxmaq ümidi ilə qadınlar arasında keçirilən sörfinq yarışına qatılırlar. Lakin qurduqları bu plana məhəbbət, xüsusi xidmət orqanları, mafiya və hətta döyüş xoruzları mane olmağa başlayır.
«Qızlar cürbəcür olur» komediya filmi 2019-cu ildə Rusiyada çəkilib. Ekran əsərinin rejissoru Sarik Andreasyandır. Əsas rolları Dmitri Nağıyev, Roman Popov, Artyom Suçkov və Dmitri Vlaskin canlandırıb.
«Qızlar cürbəcür olur» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 oktyabr 2019
- Ölkə
- Rusiya
- Rejissor
- Sarik Andreasyan
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın