
Two Heads Creek
Böyük Britaniyada böyüyən polyak əkizlər Norman və Annabel analarının vəfatından sonra övladlığa götürüldüklərini öyrənirlər. Əsl analarının Avstraliyada yaşadığını aşkar edən bacı-qardaş dərhal yola düşürlər. Qitəyə çatdıqdan sonra onlar vyetnamlı mühacirlərlə dolu avtobusda Two Heads Creek adlı ucqar qəsəbəyə qədər uzun yol qət edirlər.
Mənzil başına çatdıqda isə məlum olur ki, bioloji anaları bu yaxınlarda həyatını itirib. Qəsəbənin qəribə sakinləri gəlmələri oradan tez uzaqlaşdırmağa cəhd göstərirlər. Lakin təkidli tələblərə baxmayaraq, Norman və Annabel dərhal geri qayıtmamaq və orada bir qədər qalmaq qərarına gəlirlər.
Böyük Britaniya və Avstraliya birgə istehsalı olan bu qorxu komediyası 2019-cu ildə rejissor Cessi O'Brayen tərəfindən çəkilib. Ekran əsərində baş rolları Cordan Uoller, Ketrin Uaylder, Kerri Armstronq və Qari Svit canlandırıblar.
«Two Heads Creek» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 oktyabr 2019
- Rejissor
- Cessi O'Brayen
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, AlphaProject
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın