
Finding Bliss
Kino məktəbini fərqlənmə diplomu ilə bitirən Codi Balaban şəxsi filmini çəkmək arzusu ilə Hollivuda üz tutur. Lakin ssenarisini oxumaq istəyən tapılmır və kino dünyasında iş əldə etmək gözlənildiyindən qat-qat çətin çıxır. Bütün cəhdləri boşa çıxan gənc qız gözlənilməz bir fürsətlə qarşılaşır.
Ona çəkiliş prosesinə qadın baxışı gətirmək istəyən tanınmış bir yetkinlər üçün studiyada iş təklif olunur. Bu qeyri-adi mühitdə fəaliyyətə başlayan Codi fərqli reallıqla üzləşir. Belə bir yerdə çalışmasına baxmayaraq, o, qadın və kişi arasındakı ülvi münasibətlərdən bəhs edən öz filmini ərsəyə gətirmək fikrindən əl çəkmir.
2009-cu ildə ABŞ-da istehsal olunmuş «Finding Bliss» filminin rejissoru Culi Devisdir. Romantik komediya janrındakı bu ekran əsərində baş rolları Lili Sobeski, Metyu Devis, Deniz Riçards və Donnamari Rekko canlandırıb.
«Finding Bliss» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 yanvar 2009
- Ölkə
- ABŞ
- Rejissor
- Culi Devis
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli, den904
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın