
Dublyor
Şou-biznes ulduzu və tanınmış aktyor İqor Uspenskinin günləri çəkilişlər, tədbirlər və müsahibələrlə keçir. Sıx iş qrafiki səbəbindən o, ailəsinə vaxt ayıra bilmir və evə yalnız bir neçə saatlıq yuxu üçün gəlir. İlin adamı mükafatına namizəd göstəriləndə isə müğənni Mixail Stasovla rəqabətdə qalib gəlmək üçün ona daha çox vaxt lazım olur.
Moskvaətrafı qəsəbələrin birində yaşayan sadə masajçı Seva isə itilə birlikdə sakit həyat sürür və məşhur aktyora bənzədiyini qəbul etmir. Salon rəhbərinin təkidi ilə o, reklam çarxında Uspenskinin obrazında çəkilir. Videonu internetdə görən ulduz aktyor şikayət etmək əvəzinə Sevaya onun dublyoru olmağı və bəzi ziyafətlərə onun yerinə getməyi təklif edir. Beləliklə, təklifi qəbul edən Seva özünü yad bir mühitdə tapır.
2013-cü il istehsalı olan «Dublyor» filminin rejissoru Yevgeni Abızovdur. Komediyanın əsas obrazlarını Aleksandr Revva, Kristina Asmus, Dmitri Xrustalyov və Lyudmila Artemyeva canlandırıblar.
«Dublyor» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 yanvar 2013
- Ölkə
- Rusiya
- Rejissor
- Yevgeni Abızov
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 83 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın