
Kostya Qumankovun Paris sevgisi
Sovet turist qrupunun Fransaya səfəri gənc bir proqramçı üçün gözlənilməz macəraya çevrilir. Müxtəlif intriqalardan keçən Kostya Qumankov nəhayət arzuladığı Parisə çatır. Lakin digər yoldaşları kimi mağazaları gəzmək əvəzinə, o, öz rəhbərinin sevgilisinə vurulur.
Onların arasında qısa müddətdə səmimi münasibət yaranır. Kostya son qəpiyinə qədər xərcləyərək sevdiyi qadına güllər alır və onu şampana qonaq edir. Nağıl kimi başlayan Paris səyahəti başa çatır və onlar ayrılmaq məcburiyyətində qalırlar. Yalnız iyirmi il sonra uğurlu iş adamına çevrilən Qumankov yenidən Parisə uçur.
«Kostya Qumankovun Paris sevgisi» filmi 2004-cü ildə Rusiyada çəkilib. Komediya və melodram janrındakı layihənin rejissoru və baş rol ifaçısı Konstantin Odegovdur. Əsas obrazları həmçinin Svetlana Çuykina, Aleksandr Tereşko və Yevgeni Stıçkin canlandırıblar.
«Kostya Qumankovun Paris sevgisi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 mart 2004
- Ölkə
- Rusiya
- Rejissor
- Konstantin Odeqov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın