
Ağ parovoz
Məktəb yoldaşları Oleq və Vasya uzun illər ayrılıqdan sonra təsadüfən bağ evinin tikintisində qarşılaşırlar. İş həyatında uğur qazanan Oleq həyat yoldaşı Qalya ilə olan evliliyindən bezib və gənc Olqa ilə paralel ailə qurmaq fikrinə düşüb. Rəssam olmaq arzusunda olan kövrək xasiyyətli Vasya isə tək yaşayır və binaların təmirində fəhləlik edir. Sifarişçilərdən birinin məhz köhnə dostu çıxması vəziyyəti dəyişir.
Görüşü qeyd etdikdən sonra Oleq yoldaşını əvvəlki evinə aparır və arvadına onu məşhur rəssam kimi tanıdır. Ardınca isə onu yaxınlıqda tikdiyi yeni kottecə gətirərək gənc sevgilisi ilə tanış etmək istəyir. Əvvəlki ailəsindən imtina etmək istəməyən Oleq eyni qəsəbədə yerləşən iki ev arasında qalaraq yaşamağa çalışır.
Ukrayna istehsalı olan «Ağ parovoz» komediya filmi 2008-ci ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Pavel Snisarenkodur. Əsas obrazları Sergey Yuşkeviç, Suren Vartanov, Anastasiya Panina və Mariya Zvonaryova canlandırıblar.
«Ağ parovoz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 dekabr 2008
- Ölkə
- Ukrayna
- Rejissor
- Pavel Snisarenko
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 76 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın