
Ata kodlaşdırıldı
Anatoli Snarov uzun illər içki düşkünü olduqdan sonra zərərli vərdişdən qurtulmaq üçün kodlaşdırma prosedurundan keçir. Ayıq başla ətrafa nəzər salanda məlum olur ki, Soroçinsk şəhərində onun arvadı, uşaqları və indiyədək laqeyd yanaşdığı mənzil-kommunal təsərrüfatı rəisi vəzifəsi var.
Özündə böyük enerji hiss edən Anatoli hər kəsi xoşbəxt etmək qərarına gəlir. O, nümunəvi ailə başçısına çevrilir və iş yerində səlahiyyət həddini aşaraq genişmiqyaslı islahatlara başlayır. Qəhrəmanın bu dərəcədə fəallığından təngə gələn qohumları və həmkarları onu xilas etmək bəhanəsi ilə yenidən əvvəlki içkili vəziyyətinə qaytarmağa çalışırlar.
«Папа закодировался» adlı Rusiya komediyası 2020-ci ildə rejissor Pavel Xodnev tərəfindən çəkilib. Baş rollarda Yevgeni Sıtıy, Alla Yuqanova, Fyodor Semçev və Aleksandr Novikov çıxış edirlər.
«Ata kodlaşdırıldı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 17 iyun 2021
- Ölkə
- Rusiya
- Rejissor
- Pavel Xodnev
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın