
Sürətdə
Paytaxtda böyüyən gənc Artyom uşaqlıqdan maşınlara və sürətə böyük həvəs göstərir. Bu adrenalin sevgisi ona vaxtilə peşəkar pilot olmuş babasından keçib. Yay tətili günlərini cənubda yaşayan babasının evində keçirməyə yollanan baş qəhrəman burada ilk sevgisi ilə qarşılaşır.
Bəyəndiyi qızın diqqətini cəlb etmək o qədər də asan olmur və Artyom bir sıra maneələrlə üzləşir. Üstəlik, yerli varlı bir gənc də həmin qızın sevgisini qazanmağa çalışır. Artyom həm sevdiyi insan üçün mübarizə aparmaq, həm də öz bacarığını sübut etmək üçün rəqibi ilə maşın yarışına çıxmaq qərarına gəlir.
«Sürətdə» («На скорости») filmi komediya və melodram janrlarını birləşdirir. Ekran əsərini 2020-ci ildə rusiyalı rejissor Pavel İqnatov çəkib. Əsas rolları Vladimir Steklov, Denis Nurulin, Taşa Tsvetkova və Kirill Kaqanoviç canlandırıblar.
«Sürətdə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 fevral 2021
- Ölkə
- Rusiya
- Rejissor
- Pavel İqnatov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın