
Ən yaxşı gün
Yol polisi əməkdaşı Petya Vasyutinin işləri yaxşı getsə də, hələ də yol kənarında kafe işlədən anası ilə birlikdə yaşayır. Üstəlik, onun yanacaqdoldurma məntəqəsində kassir işləyən Olya adlı sevgilisi var. Nəhayət, Petya Olyaya evlilik təklifi etmək qərarına gəlir.
Lakin məhz həmin gün gözlənilməz bir hadisə baş verir. Sərxoş vəziyyətdə olan məşhur müğənni Alina Şopot idarə etdiyi avtomobillə Petyanın xidməti maşınına çırpılır. Məsuliyyətdən və cəzadan qaçmaq istəyən pop-ulduz polisi yoldan çıxarmağa çalışır.
«Ən yaxşı gün» («Самый лучший день») musiqili komediyasının rejissoru Jora Krıjovnikovdur. 2015-ci ildə çəkilmiş Rusiya istehsalı olan melodramda baş rolları Dmitri Nağıyev, Yuliya Aleksandrova, Olqa Seryabkina və Sergey Lavıgin canlandırıb.
«Ən yaxşı gün» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 dekabr 2015
- Ölkə
- Rusiya
- Rejissor
- Jora Krıjovnikov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 112 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın