
Finelli
Məşhur amerikalı müğənni Toni Finelli doğmalarını cinayətkar qruplaşmadan qorumaq məqsədilə başqasının günahını öz üzərinə götürür. Bu addımına görə o, Berlin həbsxanasında on beş il cəza çəkməli olur. Nəhayət, azadlığa buraxılan Toni və onun meneceri Yurgen kənardakı həyatın tamamilə başqa bir axara düşdüyünü görürlər.
Ötən illər ərzində ifaçı karyerasını, evini, həyat yoldaşını və övladları ilə olan bağlarını itirib. Maddi cəhətdən sıfıra enən musiqiçi keçmişdə qalanları geridə qoyub hər şeyi yenidən qurmağa qərar verir. O, qızları ilə münasibətlərini bərpa etmək və şou-biznesdə itirdiyi ad-sanı geri qaytarmaq üçün hərəkətə keçir.
Almaniya istehsalı olan «The Finellis Movie» komediya filmi 2021-ci ildə nümayiş olunub. Ekran əsərinin quruluşçu rejissorları Yoris Hermans və Mark Caniçellodur. Əsas rolları Robert Boy, Rasmus Branders, Qabriela Burkhardt və İvonn Denner canlandırıb.
«Finelli» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 yanvar 2022
- Ölkə
- Almaniya
- Rejissor
- Yoris Hermans, Mark Caniçello
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın